RU

İnsan beyninin yeni “xəritəsi”hazırlandı

Alimlər insan beyninin quruluşunu əhatə edən indiyədək ən geniş və dəqiq qlobal referans xəritəni hazırlayıblar. Yeni araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 24 mindən çox sağlam insanın beyin görüntüləri təhlil olunub və beynin struktur inkişafına dair universal standartlar formalaşdırılıb.

Redaktor.az xəbər verir ki, tədqiqatda müasir maqnit-rezonans tomoqrafiyası (MRT) texnologiyalarından və süni intellekt əsaslı analiz metodlarından istifadə edilib.

Alimlərin fikrincə, bu xəritə sayəsində insan beynində yaşa bağlı normal dəyişikliklərlə patoloji dəyişikliklər daha dəqiq ayırd edilə biləcək.

Mütəxəssislər bildirir ki, sözügedən referans baza Alzheimer, Parkinson, epilepsiya, autizm və digər nevroloji xəstəliklərin erkən diaqnozu üçün mühüm rol oynaya bilər. Eyni zamanda, beyin inkişafının fərdi və regional xüsusiyyətlərini nəzərə alan bu yanaşma gələcəkdə fərdiləşdirilmiş müalicə üsullarının tətbiqinə də imkan yaradacaq.

Araşdırma müəllifləri vurğulayırlar ki, bu layihə qlobal səhiyyə üçün mühüm addımdır və nevrologiya sahəsində diaqnostik səhvlərin azalmasına, eləcə də elmi tədqiqatların daha dəqiq aparılmasına töhfə verəcək.

Xədicə BAXIŞLI

Избранный
42
6
redaktor.az

10Источники