RU

Asbestlə bağlı qadağa : köhnə şiferlərin aqibəti necə olacaq?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Asbest tərkibli tikinti materiallarının insan sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, Milli Məclisdə müvafiq qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılması təklif olunur. Rəsmi statistikaya görə, hazırda ölkədə istifadə olunan dam örtüklərinin təxminən 30 faizi asbest tərkiblidir. Bu addımın ictimai sağlamlığın qorunmasına xidmət etdiyi bildirilir.

Qadağanın 2027-ci ilin 1 iyulda qüvvəyə minəcəyi bildirilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Deputat Ceyhun Məmmədov qeyd edib ki, qərarın əsas məqsədi əhalinin sağlamlığının qorunmasıdır.

“Bu, son vaxtlar dünyada müzakirə olunan məsələdir. Azərbaycanda da bununla bağlı müzakirələr gedirdi. Çünki son araşdırmalar onu göstərir ki, tikinti materillarında bu maddəyə yer verildiyi təqdirdə insanların sağlamlığına mənfi təsir göstərir. Əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Bilirsiniz ki, bu evlərdə, binalarda,yaşayış yerlərində bundan istifadə olunursa və bir müəssisələrdə çoxsaylı insan çalışırssa, bu onların sağlamlığı üçün ciddi problem yaradan məsələdir. Ona görə də burada əsas biznes maraqları yox, əsas burada əhalinin sağlamlığıdır. Artıq dövlət qurumları da bu prosesə öz nəzarətlərini həyata keçirəcəklər ki, bu maddədən, bu materialdan gələcəkdə bizim nə tikintidə, nə də tikinti materiallarında istifadə olunmasın. Təəssüf ki, müasir dövrün yanaşması elə getdi ki, insanlar düşündü ki, daha çox vəsait qazanım, amma əhalinin sağlamlığı məsələsi arxada qalırdı”,- deyə o vurğulayıb.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
77
9
icma.az

10Источники