RU

13 il əvvəl törədilən qətlin üstü açıldıVİDEO

13 il sonra qətlin üstü açılıb.

Xezerxeber.az xəbər verir ki, Lənkəran sakini, 1988-ci il təvəllüdlü Təranə Ağayevanın həmkəndlisi tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Qətl hadisəsi 13 il bundan əvvəl rayonunun Nərimanabad qəsəbəsində qeydə alınıb. Sonuncu dəfə 2012-ci ildə işlədiyi sahədən gələrək, əşyalarını evdə qoyub gedən Təranə Ağayeva bir daha geri qayıtmayıb. Bundan narahat olan ailə polisə müraciət edib. 13 il ərzində aparılan axtarışlar heç bir nəticə verməyib. Bu gün isə Təranə Ağayevanın həmkəndlisi, 55 yaşlı Əliağa Kazımov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. O, öldürüb basdırdığı Təranə Ağayenın cəsədinin yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərib. Təranə Ağayevanın qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
42
4
xezerxeber.az

10Источники