RU

Tottenhem onun maaşını ikiqat artıracaq

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Tottenhem" onun maaşını ikiqat artıracaq

"Tottenhem" aparıcı müdafiəçisi Mikki van de Venin maaşını artırmağa hazırlaşır.

QOL.az xəbər verir ki, "TEAMtalk"un məlumatına görə, London klubu 24 yaşlı niderlandlını komandada saxlamaq üçün ciddi addımlar atır. Ötən mövsüm klubda Avropa Liqasını qazanan, lakin zədələr səbəbindən tam potensialını göstərə bilməyən futbolçu bu il öz formasındadır. O, Tomas Frankın rəhbərliyi altında Premyer Liqada 18 oyunun 17-də start heyətdə meydana çıxıb və 3 qol vurub.

Bildirilir ki, onun bu performansı "Real" və "Bavariya"nın diqqətini çəksə də, London təmsilçisi oyunçunu satmaq niyyətində deyil. Əksinə, klub rəhbərliyi onu gələcəyin kapitanı kimi nəzərdən keçirir.

Məlumata görə, icraçı direktor Vinay Venkatesham artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Yeni müqaviləyə əsasən, futbolçunun həftəlik 90 min funt sterlinq olan hazırkı məvacibi ikiqat artırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
23
qol.az

10Источники