RU

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

QHT.az "Report"-a istinadən  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edib.

Dəyişikliklə Müşahidə Şurasının üzvlərinin sayı 11-dən 7-yə endirilib. Həmçinin Müşahidə Şurasının 4 üzvü (bundan əvvəl 8) vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediəcək.

" Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 7 (yeddi) üzvdən ibarətdir. Şuranın 4 (dörd) üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şuranın iclasında Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 (dörd) il müddətinə seçilir."

Dəyişikliklə Agentliyin fəaliyyətinə üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Избранный
6
15
qht.az

10Источники