ain.az, Qol.az portalına istinadən məlumat verir.
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
"Vest Hem" yarımmüdafiəçisi Lukas Paketa ilə yollarını ayırmağa hazırlaşır.
QOL.az xəbər verir ki, "Football Insider"in məlumatına görə, İngiltərənin "Vest Hem" klubunun hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Məlumata görə, braziliyalı futbolçu üçün sərfəli təklif gələcəyi təqdirdə, yanvarda onun gedişinə icazə verməyə hazırdırlar. Buna səbəb isə Paketanın cari mövsümdəki zəif performansı olub.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb və 4 qolla yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.