RU

Sadettin Saranla bağlı AÇIQLAMA

İstanbul Baş Prokurorluğu “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın narkotik testinin nəticələri ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu məlumat yayıb.

Qurum tərəfindən aparılan araşdırma çərçivəsində bəzi media orqanlarında S. Saranın özəl laboratoriyada verdiyi analizlərin “təmiz” çıxması barədə xəbərlər təkzib olunub.

Rəsmi açıqlamada bildirilir ki, istintaq materiallarına kənardan heç bir ekspert rəyi daxil edilməyib. Vurğulanıb ki, şübhəlinin bioloji materiallarının müayinəsi ilə bağlı iş qovluğunda olan yeganə hüquqi və rəsmi sənəd Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hazırlanmış hesabatdır. Prokurorluq istintaqın məxfi davam etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, S. Saran narkotik vasitələrin istifadəsi, saxlanılması və istifadəçilərə şərait yaradılması kimi maddələrlə ittiham olunur.

Избранный
11
41
ikisahil.az

10Источники