Bakı, 29 dekabr, AZƏRTAC
Fransanın PSJ klubunun hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Gürcüstanda ilin futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, beşinci dəfə bu mükafata layiq görülən 24 yaşlı vinger Gürcüstan futbolunun əfsanəvi simalarından Kaxa Kaladzenin rekordunu təkrarlayıb.
Futbolçu bu il PSJ ilə 6 titula sahib çıxıb. O, UEFA Çempionlar Liqası, UEFA Superkuboku, FIFA Qitələrarası Kuboku, Fransa Liqa 1, Fransa Kuboku və Fransa Super Kubokunu qazanıb.