RU

“Barselona”da iki qeyri-müəyyənlik

“Barselona”da iki futbolçu ilə bağlı qeyri-müəyyənlik davam edir.

"Football-plus.az" xəbər verir ki, komanda Milad tətili bitdikdən sonra məşqləri bərpa edəcək. “Sports.es” saytının məlumatına görə, Daniel Olmo ilə Ronald Arauxonun komandaya qoşulması hələlik sual altına düşüb. Xəbərdə bildirilir ki, klub dekabrın əvvəlində emosional vəziyyətini bərpa etmək üçün istirahətə ehtiyac duyan Arauxoya təzyiq göstərməyəcək.

Digər oyunçu Olmo isə “Atletiko” ilə oyunda (3:1) zədələnmişdi. Baş məşqçi Hans-Diter Flik ispaniyalı futbolçunun yanvarın 3-də “Espanyol”la keçiriləcək derbi matçına qədər meydana qayıdacağına ümid edir.

Избранный
34
3
football-plus.az

3Источники