RU

Putin cəbhə zonasındakı vəziyyətlə bağlı iclas keçirdi

Rusiya prezidenti Vladimir Putin "xüsusi hərbi əməliyyat" zonasında vəziyyətlə bağlı iclas keçirib.

"Yeni Sabah" xəbər verir ki, diqqət təmas xətti boyunca mövcud vəziyyətə yönəlib.

O, qeyd edib ki, iclas ənənəvi olaraq işlərin yekunlarına yekun vurulan Yeni il ərəfəsində keçirilir.

"Bu gün biz qoşunların təmas xətti boyunca mövcud vəziyyətə diqqət yetirəcəyik, işimizin nəticələrini müzakirə edəcəyik, qoşun qrupları komandirlərinin tabeliyində olan birləşmələrin və hərbi hissələrin fəaliyyəti haqqında hesabatlarını dinləyəcəyik və yaxın gələcək üçün planları müzakirə edəcəyik", - Rusiya prezidenti bildirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və qoşun qrupları komandirləri cəbhə zonasındakı vəziyyət barədə Ali Baş Komandana raport veriblər.


Telegram kanalımız
Избранный
42
50
yenisabah.az

10Источники