RU

Sabiq deputat: Bu, Ermənistana da bir mesajdır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Noyabrın 28-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında Qəbələdə görüş baş tutdu. Bu görüş zamanı digər məsələlərlə yanaşı, Azərbaycandan neft məhsullarının Ermənistana ixracı məsələsi də müzakirə olundu”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.O bildirib ki, Azərbaycan sülh ritorikasında tam səmimidir:“Regionda əməkdaşlığın, iqtisadi layihələrin və kommunikasiyaların açılmasının həm təşəbbüskarı, həm də səmimi şəkildə icraçısıdır. Dövlətimizin mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan və onun rəhbərliyi Cənubi Qafqaz regionunda təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinə son dərəcə həssas yanaşır. Bu yanaşma isə regionun sabit və firavan gələcəyi üçün əsas şərtlərdəndir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra sülh gündəliyini irəli sürdü və bu istiqamətdə ardıcıl addımlar atır. Bu baxımdan Azərbaycanın indiki mövqeyi təkcə öz maraqlarına deyil, ümumilikdə region xalqlarının rifahına xidmət edir”. O deyib ki, ikitərəfli münasibətlərin normallaşdırılması baxımından iqtisadi layihələrin reallaşdırılması, kommunikasiyaların açılması çox mühüm göstəricidir:“Artıq Azərbaycan öz ərazisindən Ermənistana malların çatdırılması üçün praktiki tranzit imkanları yaratmışdır. Rusiyadan buğda, ardınca Qazaxıstandan taxıl Ermənistana Azərbaycan ərazisindən keçməklə çatdırılıb. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda əsas nəqliyyat-logistika mərkəzlərindən biri kimi çıxış etdiyini göstərir. Dövlətimiz nümayiş etdirir ki, regionda əməkdaşlıq və sülh imkanlarından yararlanmaq istəyən bütün subyektlər bu platformadan istifadə edə bilər. Bu, eyni zamanda Ermənistana da bir mesajdır. Əgər Ermənistan sağlam məntiqə əsaslanaraq regionda formalaşan yeni əməkdaşlıq imkanlarından yararlanmaq istəsə, bu, iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
50
demokrat.az

10Источники