RU

Xaçmazda qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar monitorinqlər keçirilib

Xaçmaz, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunda keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

FHN bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi, kürsü, birinci və ikinci mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.

Избранный
21
13
azertag.az

10Источники