RU

Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 1357,5 manat olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

"Cebheinfo.az"

Избранный
54
18
cebheinfo.az

10Источники