Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova sosial şəbəkədə yeni fotosunu izləyiciləri ilə paylaşıb.
Yenilik.az xəbər verir ki, İlqarənin bu fotosu qısa zamanda böyük maraq doğurub.
Onun fərqli üslubu, zərif görünüşü və xüsusilə də məşhur anası Aygün Kazımovaya olan nəzərəçarpacaq bənzərliyi sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.
Paylaşıma çoxsaylı bəyənmələr və rəylər gəlib. İzləyicilər İlqarənin son zamanlar daha da dəyişdiyini, klassik və eleqant tərzinin ona çox yaraşdığını qeyd ediblər. Bir çoxları isə şərhlərdə “anasının gəncliyi”, “Aygün Kazımovanın oxşarı” kimi ifadələrdən istifadə edərək bu oxşarlığı vurğulayıblar.
Qeyd edək ki, İlqarə Kazımova uzun fasilədən sonra yenidən yaradıcılıq fəaliyyətinə qayıdıb.