BAKI, 29 dekabr. TELEQRAF
Qusar rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, rayonun Əcəxur kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 157 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik qaraj yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.