RU

Sabirabadda qəza: Sürücü öldü

Sabirabad rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Qaragüney kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "BMW" markalı avtomobil idarəetmədən çıxaraq hasara, daha sonra isə yol kənarında dayanan “VAZ” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində “BMW”-nin sürücüsü Nurəli Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
33
7
yenisabah.az

10Источники