"2015-ci ilin üçpilləli devalvasiyası nəticəsində manatın alıcılıq qabiliyyəti xeyli aşağı düşdükdən sonra manatın məzənnəsi sabitdir. Amma manatın məzənnəsi sabit olsa da, onun alıcılıq qabiliyyəti aşağı düşməkdə davam edir və son illər bu daha güclü hiss olunur".
"Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. O bildirib ki, bir neçə il bundan əvvəl 100 manata almaq mümkün olan mal və məhsulların indi həmin pula heç yarısını belə almaq mümkün deyil:
"Bu, ölkəmizin iqtisadiyyatına və əhalinin güzaranına mənfi təsir göstərir. Rəqabət Məcəlləsinin tam gücü ilə işləməsi təmin olunmalı və inhisarçılıqdan qaynaqlanan qiymət manipulyasiyalarının qarşısı alınmalıdr ki, 2026-cı ildə sosial məqsədlər üçün artırılmış 17 milyard manatın çoxu inflyasiyanın “yem”inə yox, əhalinin əlavə mal və məhsul almasına yönəlsin".