RU

Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb

Bakı. Trend:

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddiartırılıb.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbixidmət haqqında” qanunlarda öz əksini tapıb.

Qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ortaixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analojiorta ixtisas təhsili müəssisələrində təhsil almış hərbiqulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraqonların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzunmüddət istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçuhazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini,habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrinibitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdəolma müddəti 10 il olacaq.

Qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v”bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqihərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdətutulur.

Qeyd edək ki, hazırda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ninvə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq,qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinintələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdəhəqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Избранный
53
22
az.trend.az

10Источники