Bununla belə, ABŞ administrasiyasının fikrincə, hətta 2 milyard dollar da Vaşinqtona təşkilatın humanitar proqramlarına ən böyük töhfə verən statusunu saxlamağa imkan verəcək.
Agentliyin amerikalı məmurlar arasındakı mənbələri bildiriblər ki, Birləşmiş Ştatlar BMT daxilində yardımın bölüşdürülməsi üçün “daha konsolidasiya edilmiş” sistem yaratmaq niyyətindədir.
“BMT-dəki bu humanitar islahat ABŞ-nin xarici siyasətinə uyğun olaraq daha çox cəmlənmiş və nəticəyönümlü dəstəyi təmin edərək, daha az vergi xərcləri ilə daha böyük həcmli yardımın ayrılmasını asanlaşdırmalıdır”, - agentlik ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltsdan sitat gətirir.
![]() |
| Uolts:“BMT qaydaya salınmalıdır” |
“AP” maliyyənin kəsilməsi qərarının qaçqınlara dəstək və ərzaq yardımı ilə məşğul olan bir çox BMT qurumları üçün böhran yaratdığına diqqət çəkib. ABŞ-nin Dövlət departamenti, öz növbəsində, açıqlayıb ki, bu qurumlar“vəziyyətə uyğunlaşmalı, öz işçi ştatlarını ixtisar etməli və ya məhv olmalıdır”.
Xatırladaqaq ki, BMT bəzi ölkələrin, o cümlədən təxminən 3 milyard dolların ayrılmasını saxlayan ABŞ-nin üzvlük haqlarını gecikdirməsi, xərclərin azaldılması, işə götürülməsi və humanitar proqramların, o cümlədən uşaqlar və qaçqınlar üçün yardımların dayandırılması səbəbindən büdcə çatışmazlığı ilə üzləşir.
Sahil İsgəndərov
AzVision.az
