RU

Manatla pul kütləsində artım davam edir

Cari ilin noyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəli ilə müqayisədə 2.6 faiz artaraq 37 milyard 596.2 milyon manata çatıb.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri də artıb. Belə ki, ilin əvvəlindən bu göstərici 469 milyon manat yüksələrək 3 milyard 54,5 milyon manat təşkil edib.

Xarici öhdəliklərdəki artım əsasən qeyri-rezident banklardan cəlb olunan qısamüddətli kreditlərin həcminin artması ilə bağlıdır.

"Cebheinfo.az"

Избранный
38
1
cebheinfo.az

2Источники