RU

Azərbaycanlı kommunist Ukrayna müharibəsində həlak oldu - FOTO

Azərbaycanlı Cavid Abdurzayev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

“Bender” ləqəbli C.Abdurzayev 2024-cü ilin dekabrında könüllü olaraq ordu sıralarına qoşulub, döyüşlərdə iştirak edib.

O, dekabrın ortalarında həlak olub. Amma ailəsinə yenicə məlumat verilib.

Qeyd edək ki, Abdurzayev Cavidan Məqsud oğlu 1 yanvar 1993-cü ildə anadan olub. Rusiya vətəndaşı idi.

2022-ci ildə Rusiya Federasiyası Kommunist Partiyasına qoşulub, Samara şəhəri Lenin rayon təşkilatında qeydiyyata alınıb.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
67
2
yenisabah.az

2Источники