RU

İtmiş Malayziya təyyarəsinin axtarışına başlanır

Malayziya hökumətinin hələ ayın əvvəlində yaydığıxəbərəgörə, axtarış əməliyyatı dekabrın 30-da start götürəcək. 55 gündə yekunlaşdırılması nəzərdə tutulan prosesdə ümumilikdə 15 min kvadrat kilometr ərazi üzərində axtarış aparılacaq. Diqqətə çatdırılıb ki, şirkət təyyarənin qalıqları tapacağı təqdirdə 70 milyon dollar məbləğində ödəniş alacaq.

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus MH370 reys nömrəli təyyarə 2014-cü ilin 8 martında radar sistemindənyoxa çıxmışdı.Təyyarənin hansı səbəbdən və harada itməsi indiyədək müəyyənləşdirilməyib. Müxtəlif illərdə aparılan çoxsaylı axtarış əməliyyatına baxmayaraq, 12 nəfər ekipaj üzvünün, habelə 227 sərnişinin aqibəti də o vaxtdan bəri naməlumdur. Sərnişinlərin əksəriyyəti Çin vətəndaşları idi. Bu hadisə tarixin ən ölümcül, habelə ən müəmmalı təyyarə qəzası sayılır.

Firudin Həmidli
AzVision.az
Избранный
91
6
azvision.az

5Источники