RU

Kəlbəcərdə ana bala cüyürlər görünüb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kəlbəcər, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Kəlbəcər rayonu nadir flora və fauna növləri ilə tanınır. Burada dağ keçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, cüyür və qartal əsas heyvan və quş növləri sırasında yer alır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün yağan qar bölgədə diqqətçəkən təbiət mənzərələri yaradıb. Bu füsunkar mənzərələr fonunda ana və bala cüyür kamera ilə lentə alınıb.

Cüyür və balasının görüntülərini təqdim edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
79
4
azertag.az

5Источники