“20 maddəlik sülh planı artıq 90% razılaşdırılıb”.
“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib.
“Böyük nailiyyətlər əldə etmişik. 20 bəndlik sülh planı - 90%, ABŞ-nin təhlükəsizlik zəmanətləri 100% razılaşdırılıb. ABŞ və Avropanın zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Hərbi aspektlər də 100% razılaşdırılıb. İnkişaf planı tamamlanmaqdadır, biz həmçinin növbəti addımların ardıcıllığını müzakirə etdik. Razılaşdıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”, - Zelenski bildirib.
Donald Tramp da məsələlərin 95%-i üzrə yekun razılığın əldə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. Görüş 2 saat yarımdan çox davam edib.
"Cebheinfo.az"