RU

Ronaldu Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu adına layiq görülüb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2025-ci il üzrə Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu nominasiyasında “Globe Soccer Awards” mükafatını qazanıb. Mükafatlandırma mərasimi Dubayda keçirilib.

Səsvermədə 40 yaşlı Ronaldu Karim Benzem (“Əl-İttihad”), Salem Əl-Davsari (“Əl-Hilal”) və Riyad Mahrezi (“Əl-Əhli”) qabaqlayıb. Portuqaliyalı futbolçu bu mükafata ardıcıl üçüncü dəfə layiq görülüb.

2025-ci ildə Ronaldu bütün turnirlərdə ümumilikdə 40 qol vurub. Onun “Əl-Nəsr”lə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Tədbir çərçivəsində digər nominasiyalar üzrə də mükafatlar təqdim olunub. İlin ən yaxşı klubu Fransanın “Paris Saint-Germain” komandası seçilib, ilin ən yaxşı milli komandası Portuqaliya olub. İlin ən yaxşı futbolçusu mükafatı parislilərin hücumçusu Usman Dembeleyə təqdim edilib. İlin ən yaxşı baş məşqçisi adına isə cari ildə parislilərlə altı titul qazanan Luis Enrike layiq görülüb.

Bundan əlavə, xüsusi mükafatlar serbiyalı tennisçi Novak Cokoviçə və avtomobil qəzasında həlak olmuş hücumçu Diogo Jotanın ailə üzvlərinə təqdim olunub.

“Globe Soccer Awards” mükafatı 2010-cu ildə Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası tərəfindən təsis edilib.

Избранный
20
banker.az

1Источники