RU

Rusiya, ABŞ və Ukrayna razılaşmaya indi əvvəlkindən daha çox yaxındır –Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Moskva, Vaşinqton və Kiyev indi Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlməyə heç vaxt olmadığı qədər yaxındırlar.

Tramp bu barədə Zelenski ilə görüşdən sonra təşkil olunan birgə mətbuat konfransı zamanı məlumat verib.

“Həqiqətən inanıram ki, biz yəqin ki, indiyə qədər olduğundan daha çox razılığa yaxınıq. Həm də hər iki tərəfdən”, – Tramp bildirib.

Qeyd edək ki, danışıqlar Trampın Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində baş tutub.

AzPost.az

Избранный
3
3
azpost.info

4Источники