RU

Arauxonun qayıdış tarixi müəyyənləşdi

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Barselona” komandasının mərkəz müdafiəçisi Ronald Arauxonun komanda ilə məşqlərə nə vaxt qayıdacağı məlum olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Uruqvaylı futbolçu bu gün axşam məşqində komanda yoldaşlarına qoşulacaq. Həmin məşq açıq olacaq və təxminən 6 000 azarkeşin iştirakı gözlənilir.

Məlumata görə, Arauxo məhz bu tarixdə qayıtmaq istəyib ki, onu məktublarla dəstəkləyən azarkeşlərə şəxsən təşəkkür edə bilsin.

Bildirilir ki, futbolçu meydana qayıdışı tədricən həyata keçirmək niyyətindədir və bu proses onun fiziki və emosional durumundan asılı olacaq. Müdafiəçi istirahət müddətində Uruqvayda şəxsi məşqçisi ilə məşqlər edib və “Barselona”nın verdiyi proqram üzrə çalışıb. Onun oyunlara dönüşü ilə bağlı yekun qərar məşqçilər və tibbi heyətlə aparılacaq müzakirələrdən sonra veriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
icma.az

2Источники