RU

Ronaldu min qol hədəfi barədə: Oynamağa davam etmək istəyirəm

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Ən-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı oyunçusu kimi "Globe Soccer" mükafatına layiq görülüb.

Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən futbolçu hədəfləri barədə danışıb.

"Oynamağa davam etmək mənim üçün asan deyil, amma ehtiras daha güclüdür. Hələ də çox motivasiyalıyam. Buna görə də oynayıram. Həmişə futbol oynamaq, kuboklar qazanmaq istəyirəm. Oynamağa davam etmək istəyirəm. Min qol vurmaq istəyirəm. Zədə olmasa, buna nail olacağam", - deyə Ronaldu səhnədə bildirib.

Qeyd edək ki, Ronaldu karyerasındakı 956-cı qola dekabrın 27-də Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda "Əl-Ohdud" ilə oyunda imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
oxu.az

1Источники