RU

"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokunda növbəti oyununa çıxdı 

style='margin-bottom:10px;'>

“Zirə”nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 2-ci tur matçına çıxıb.

QOL.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Qabonla qarşılaşıb. 

Görüş Mozambik millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rikardo Martines də bu matçda iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

2 turdan sonra 3 xalı olan Mozambik millisi qrupda üçüncü pillədə qərarlaşıb. Komanda növbəti görüşünü dekabrın 31-də Kamerun millisinə qarşı keçirəcək. 

Избранный
63
1
teleqraf.com

3Источники