RU

Benzema kolleksiyasını zənginləşdirdi

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Kərim Benzema incəsənətin vurğunu olduğunu bir daha göstərib. Məşhur futbolçu şəxsi kolleksiyasını azı 1 milyon avroluq sənət əsəri ilə zənginləşdirib."Football-plus.az" xəbər verir ki, “Əl-İttihad”ın fransalı hücumçusu dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkdiyi “Saqqallı kişinin portreti” adlı tablonu satın alıb. Ulduz futbolçu aldığı əsərlə birgə fotosunu sosial şəbəkə hesabında paylaşıb və “Evə xoş gəldin” şərhini yazıb.Bu tablo 2025-ci ilin əvvəlində Nyu Yorkda art-diler Helli Nahmadın qalereyasında nümayiş etdirilib. Qeyd edək ki, tablonun satış qiyməti rəsmən açıqlanmasa da, Pikassonun əsərlərinin hərraclarda adətən azı 1 milyon avroya satıldığı vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
87
5
icma.az

10Источники