RU

Benzema kolleksiyasını zənginləşdirdi

Kərim Benzema incəsənətin vurğunu olduğunu bir daha göstərib. Məşhur futbolçu şəxsi kolleksiyasını azı 1 milyon avroluq sənət əsəri ilə zənginləşdirib.

"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad”ın fransalı hücumçusu dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkdiyi “Saqqallı kişinin portreti” adlı tablonu satın alıb. Ulduz futbolçu aldığı əsərlə birgə fotosunu sosial şəbəkə hesabında paylaşıb və “Evə xoş gəldin” şərhini yazıb.

Bu tablo 2025-ci ilin əvvəlində Nyu Yorkda art-diler Helli Nahmadın qalereyasında nümayiş etdirilib. Qeyd edək ki, tablonun satış qiyməti rəsmən açıqlanmasa da, Pikassonun əsərlərinin hərraclarda adətən azı 1 milyon avroya satıldığı vurğulanır.

Избранный
24
5
football-plus.az

10Источники