RU

Ata kürəyinə bağladığı övladını unutdu - çantada AXTARDI - VİDEO

Sosial şəbəkələrdə maraqlı və eyni zamanda gülüş doğuran video yayılıb.

Milli.Az xəbər verir ki, videoda bir ata övladını kürəyinə bağlayaraq aparır, lakin bir anlıq uşağı unudur və onu çantada axtarmağa başlayır. Ata oğlunu çantada, uşaq kreslosunda - hər yerdə axtarsa da, uşağın əslində kürəyində olduğunu heç cür fərq etmir.

Videonu izləyənlər bu vəziyyətə gülüşlə reaksiya verib və paylaşım qısa zamanda böyük maraq toplayıb.

Sosial şəbəkə istifadəçiləri atanın səhvini və uşağın kürəyində necə rahat oturduğunu görərək əyləncəli şərhlər yazıblar.

Musa
Milli.Az

Избранный
51
1
milli.az

2Источники