Sportal.az saytına istinadən ain.az xəbər verir.
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun "Botafoqo"ya transferi baş tutmayacaq.
Sportal.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, A Seriyası klubunun braziliyalı yarımmüdafiəçini transfer etmək istəyinə baxmayaraq, danışıqlar uğursuzluqla nəticələnib və keçid reallaşmayıb.
Braziliya klubu artıq Azərbaycan çempionunun legionerinin transferindən imtina edib. Bundan əlavə, "Botafoqo" həmçinin "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi, hazırda Macarıstanın "Ferentsvaroş" klubunda oynayan Julio Romaonu transfer etmək ehtimalını da istisna edib.
Budapeşt klubu ilə danışıqlar da uğursuz yekunlaşıb.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.