RU

Misir Mərdanov vəzifəsini itirdi Özəl

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat

İnstitutu yaradılıb.

Editor.az özəl mənbələrə istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor təyin edilib. Bu texnika elmləri doktoru əvəzi Elxan Səbziyevdir.

Editor.az xatırladır ki, bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
16
cebheinfo.az

10Источники