RU

Drayzaytl ardıcıl 11-ci mövsümdə 50-ə çatdı

“Edmonton”un hücumçusu Leon Drayzaytl 50 xal topladığı mövsümlərin sayına görə klub rekordunu təkrarladı.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı almaniyalı müntəzəm çempionatın “Minnesota” ilə oyununda (2:5) iki məhsuldar ötürmə verdi. Onun 2025/26 mövsümündə artıq 17 qolu və 33 məhsuldar ötürməsi var.

Drayzaytl ardıcıl 50 xal topladığı mövsümlərin sayına (11) görə Qlenn Anderson ilə Mark Messyeyə məxsus rekordu təkrarladı. Leonu “Edmonton” 2014 draftında 3 nömrə altında seçib.
Cari mövsümdə işləri yaxşı getməyən komandalardan biri də “Pittsburq”du. “Pinqvinlər” ardıcıl 8-ci məğlubiyyəti dekabrın 21-də “Monreal”dan aldı (0:4). “Pittsburq” sonuncu dəfə belə uzun məğlubiyyət seriyası ilə 2006-nın yanvarında üzləşib, onda komanda hətta ardıcıl 10 oyunda uduzub.

37 xalla Şərq konfransının turnir cədvəlində 13-cü yerdə qərarlaşan klubun artıq yeni sahibi var. Belə ki, klub rəhbərliyi səhmlərə nəzarət paketinin satıldığını elan edib. “Pittsburq”un yeni sahibi Amerikanın “Hoffmann Family of Companies” investisiya şirkətidi. Əvvəlki sahib, yəni “Fenway Sports Group” klubu satmağa razılıq verib. Yaxın vaxtlarda MHL bu satışı təsdiqləməlidi. “Hoffmann Family”nin baş direktoru Ceff Hoffmannın sövdələşmə ilə bağlı fikri:
“Məqsəd “pinqvinlər”i MHL-in zirvəsinə qaytarmaq üçün hər şey etməkdi. Əməkdaşlığa başlayacağımız anı səbirsizliklə gözləyirik. Bu klub şəhər üçün qürur mənbəyi olmalıdı”.
“Pittsburq” Stenli kubokunun beşqat qalibidi, amma son üç mövsümdə pley-offa çıxa bilməyib.

20 dekabr
Aylenders – Vankuver 1:4 (0:3, 0:0, 1:1)
Florida – Karolina 4:3 B (0:1, 0:0, 3:2, 0:0)
Kolorado – Vinnipeq 3:2 (2:0, 0:1, 1:1)
Yuta – Nyu-Cersi 1:2 (1:0, 0:1, 0:1)
Anahaym – Dallas 3:8 (1:4, 0:3, 2:1)
Vaşinqton – Detroyt 2:5 (0:1, 1:3, 1:1)
Reyncers – Filadelfiya 5:4 B (1:0, 1:4, 2:0, 0:0)
Minnesota – Edmonton 5:2 (3:2, 0:0, 2:0)
Ottava – Çikaqo 6:4 (1:0, 2:3, 3:1)

21 dekabr
Baffalo – Aylenders 3:2 B (1:0, 1:1, 0:1, 0:0)
Florida – Sent-Luis 2:6 (0:1, 2:2, 0:3)
Boston – Vankuver 4:5 B (1:1, 2:1, 1:2, 0:0)
Monreal – Pittsburq 4:0 (2:0, 1:0, 1:0)
Neşvill – Toronto 5:3 (0:1, 2:1, 3:1)
Tampa-Bey – Karolina 6:4 (0:3, 3:0, 3:1)
Anahaym – Kolambus 4:3 (2:1, 1:1, 1:1)
Kalqari – Veqas 6:3 (3:1, 2:1, 1:1)
San-Xose – Sietl 2:4 (0:0, 1:1, 1:3)
Detroyt – Vaşinqton 3:2 OT (0:1, 2:0, 0:1, 1:0)

22 dekabr
Minnesota – Kolorado 1:5 (0:1, 0:2, 1:2)
Boston – Ottava 2:6 (1:3, 1:3, 0:0)
Dallas – Toronto 5:1 (1:0, 0:0, 4:1)
Nyu-Cersi – Baffalo 1:3 (1:0, 0:2, 0:1)
Neşvill – Reyncers 2:1 (0:0, 1:0, 1:1)
Pittsburq – Monreal 4:3 B (2:1, 1:1, 0:1, 0:0)
Yuta – Vinnipeq 4:3 OT (2:0, 1:1, 0:2, 1:0)
Edmonton – Veqas 4:3 (2:0, 2:1, 0:2)
Избранный
30
9
football-plus.az

10Источники