RU

Bu instituta direktor təyin edildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-yə yeni direktor təyin edilib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, bu, Faiq Mirzəyevdir.

O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib.

Xatırladaq ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

Избранный
39
11
nocomment.az

10Источники