“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsi ilə bağlı klubun planlarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın mövcud çətinliklərinə baxmayaraq, əvvəlcədən müəyyən olunmuş strategiyaya sadiq qalacağını vurğulayıb:
“Hazırda problemlərlə üzləşirik, ancaq klubun planı var və biz bu plana əməl edəcəyik.
Klubun gələcəyi üçün vacib hesab etdiyimiz bir futbolçunu heyətə qatmaq imkanı yaranarsa, bunu edəcəyik. Əks halda, öz oyunçularımıza güvənirik”.
Baş məşqçi komandanın ehtiyat potensialına da diqqət çəkib:
“Bizim Cek Fleçer və Şey Leysi kimi gənc futbolçularımız var. Üç həftə ərzində Amad Diallo, Nussair Mazraui və Brayan Mbeumo komandaya qoşulacaq.
Həmçinin Bruno Fernandes və Kobbi Mainu da sıraya qayıdacaq”.
“Mançester Yunayted” qış transfer dövründə balanslı və uzunmüddətli strategiyaya üstünlük verməyi planlaşdırır. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.