RU

Sabiq “Qarabağ”lı “Rabotniçki”nin baş məşqçisi təyin edildi

“Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.

Msport.az xəbər verir ki, o, “Rabotniçki”nin baş məşqçisi təyin edilib.

Gənc mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. “Rabotniçki” hazırda Şimali Makedoniyanın yüksək liqasında 16 turdan sonra 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Muarem Muarem “Qarabağ”ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb. 37 yaşlı məşqçi buna qədər “Qostivar”, “Başkimi” klublarını çalışdırmışdı.

Избранный
24
50
msport.az

10Источники