“Xüsusilə son dövrlər saxta sənədlər, diplomlar, apostillər, saxta tanınma şəhadətnamələri bizi ciddi narahat edir. Təkcə dünən, biz 2 şəxslə bu məsələ ilə bağlı görüşlər keçirmişik. Onlar vaxtilə aldadılanlar siyahısındadır. Bu mənada, həm işəgötürənlər, həm də vətəndaşlar daha ayıq olmalıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
O deyib ki, vətəndaşlar ali təhsillə bağlı qərarlarında xeyli diqqətli olmalıdır:
“Təəssüflər olsun ki, belə insanlar vaxtilə kimlərinsə vədinə aldanıb. Ali təhsil qərarı kifayət qədər önəmli qərardır. İnsanlarımız ali təhsili üstün tutursa, həyatını bu istiqamətdə qurmaq istəyirsə, sənəd deyil, səriştə və bilik arxasınca getməlidir. Bu istiqamətdə bizim işəgötürənlərə münasibətdə də bəlli bir qiymətləndirmə, sənədlərin yoxlanması qaydası tətbiq olunur. Xüsusilə, hökumətin rəqəmsallaşması fonunda, “mygov” portalında kvalifikasiyanın görünməməsi də bizə olunan müraciətlərin sayını artırır. Vətəndaşımız öz diplomunun orada təsdiq olunmadığını gördükdə, şübələnir və bizə müraciət edir. Sonda məlum olur ki, həmin şəxsi aldadıblar. Bu çox ciddi məsələdir”.
Aytac Əliyeva
Telegram kanalımız