RU

Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış ediblər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yerə layiq görülüb.

Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev isə 1 bürünc medal qazanıblar. Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə ediblər.

Bununla da Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
188
2
azertag.az

10Источники