RU

Təyyarə qəzasının şahidləri “Vətən uzaqda deyil” proqramına danışıblar (VİDEO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Aktau şəhəriyaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsustəyyarənin qəzaya uğramasından bir il ötür.

Trend xəbərverir ki, təyyarə qəzasının şahidləri “Vətən uzaqda deyil”proqramında hadisə barədə danışıblar.

Bununla bağlı videomaterial Diasporla İş üzrə DövlətKomitəsinin rəsmi “YouTube” kanalında dərc edilib.

Həmin proqramı təqdim edirik:

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzayauğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarəqəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (RusiyaFederasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanıyüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsihaqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipajüzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr GeorgiyeviçKalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonraAzərbaycanın Milli Qəhrəmanı adı verilib.

Избранный
84
3
az.trend.az

5Источники