Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı qeyri-iş günləri yaxınlaşır. Bu günlər çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə 5 gün ardıcıl qeyri-iş günü olacaq. Lakin müəyyən sahələr var ki, orada çalışan əməkdaşlar ənənəvi olaraq bayram günlərini də iş başında keçirirlər.
Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliklə necə tənzimlənir?
Publika.az xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədov bu mövzuya aydınlıq gətirib.
Onun sözlərinə görə, bəzi sahələrdə həftənin bütün günləri iş günü hesab olunur: "Nəqliyyat, enerji sektoru və digər fasiləsiz fəaliyyət göstərən sahələrdə çalışanlar üçün bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq edilir".