RU

“Neftçi” Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşacaq

Bakı, 23 dekabr, AZƏRTAC

“Neftçi"nin qış hazırlıq planı bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, komanda təlim-məşq toplanışına yanvarın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində başlayacaq.

Bakı təmsilçisi orada üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən biri artıq dəqiqləşib. Bu, Qazaxıtanın “Kayrat” klubudur.

UEFA Çempionlar Liqasında çıxış edən Almatı təmsilçisi ilə qarşılaşmanın tarixi hələlik bəlli deyil.

 

Избранный
81
50
azertag.az

10Источники