
“Ukrayna ilə sülh müqaviləsi bağladıqdan sonra Rusiya NATO ölkələrindən birinə hücum edə bilər”.
Missiya.Az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohann Vadeful deyib.
Ukraynada atəşkəs danışıqları fonunda Vadeful Qərbdən, xüsusən də ABŞ-dən ciddi təhlükəsizlik zəmanətlərinin vacibliyini bildirib:
"Əlbəttə ki, bu, Rusiyanın təkrar işğalı halında Ukraynanı dəstəkləməyi vəd edənlərin öhdəliyi və həqiqi hazırlığı deməkdir", - deyə siyasətçi vurğulayıb.
Vadeful qeyd edib ki, Ukrayna ərazi güzəştlərini yalnız ikinci hücuma qarşı etibarlı təminatlar olduqda müzakirə edə biləcək.
Onun sözlərinə görə, Avropa ölkələri də gələcək təhlükəsizlik strukturlarına qoşulmalıdır, lakin konkret addımlar yalnız atəşkəs sazişi bağlandıqdan sonra müəyyən ediləcək.
Siyasətçi həddindən artıq nikbinliyə qarşı xəbərdarlıq edərək, Moskvanın hərbi əməliyyatlardakı fasilədən Alyansa qarşı sürətlə qüvvələr toplamaq üçün istifadə edə biləcəyini göstərib:
"Əlbəttə ki, bu, Ukraynanın yenidən Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə onu dəstəkləmək vədi verənlərin öhdəliyi və həqiqi istəyi deməkdir. Bu günə qədər biz bunu görməmişik", - deyə o əlavə edib.
Vadeful bəyan edib ki, mövcud təhlükəsizlik arxitekturası silahlı qüvvələrin gücləndirilməsi və müttəfiqlərin birliyi yolu ilə Rusiya təhdidlərinə qarşı mübarizə üzərində qurulmalıdır.
"Təhlükəsizlik yalnız güc, ittifaqda birlik və silahlı qüvvələrin müdafiə qabiliyyəti mövqeyindən əldə edilə bilər", - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az