09 yanvar 2026-cı il tarixində, saat 11:00-da “BOA Agency” Açıq Səhmdar Cəmiyyətində səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyəti Bakı, Nəsimi rayonu, 4 mkr, Mir Cəlal küç., 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2025-ci ilin maliyyə yekunlarının müzakirəsi.
2. Dividendlə bağlı məsələlərin müzakirəsi.
3. Cari məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla
Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanında yerləşən
ofisində, Hüquq şöbəsi ilə əlaqə saxlamaqla şəxsən yaxud etibarnamə əsasında nümayəndə
vasitəsilə tanış ola bilərlər.