RU

Əli Əsədov: Son zamanlar ticarət dövriyyəmiz obyektiv səbəblərdən bir qədər azalıb

BAKI, 22 dekabr. TELEQRAF

"Son zamanlar ticarət dövriyyəmiz obyektiv səbəblərdən bir qədər azalıb. 2025-ci ilin 11 ayında 7.5 faiz azalma qeyd olunub (5.2 mlrd. $)".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, iqtisadi-ticari sahə Azərbaycan və Türkiyə əlaqələrin əsasını təşkil edir.

"Türkiyə Azərbaycanın həm idxalda (3-cü), həm ixracda (2-ci), həm də ikitərəfli ticarət dövriyyəsində (2-ci) əsas tərəfdaşlarından biridir. Son zamanlar ticarət dövriyyəmiz obyektiv səbəblərdən bir qədər azalıb. 2025-ci ilin 11 ayında 7.5 faiz azalma qeyd olunub (5.2 mlrd. $). Bu rəqəmlər heç də ölkələrimizin inkişaf templərinə cavab vermir.

Mövcud iqtisadi potensialımız və coğrafi üstünlüklərimiz göstərir ki, ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və istifadə olunmamış imkanlar mövcuddur.

Ticarət dövriyyəsinin artırılması strateji əhəmiyyət daşıyır və əminəm ki, bu gün biz bu barədə ətraflı danışacağıq".

Избранный
29
8
teleqraf.com

9Источники