RU

“Gürcüstan suverenliyindən heç vaxt imtina etməyəcək” - Mixeil Kavelaşvili

"Gürcüstan üçün əsas başlanğıc nöqtəsi regional və qlobal sülhün möhkəmləndirilməsi, bərabərlik, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında qurulan açıq dialoq olaraq qalır".

Missiya.Az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Səfirlərin Konfransı 2025”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan heç vaxt suverenliyindən və müstəqil, demokratik və sülhsevər dövlət olmaq seçimindən vaz keçməyəcək.

Kavelaşvili bildirib ki, ölkənin xarici siyasətində ən vacib prioritetlərdən biri Gürcüstanın iki tarixi regionunun deokkupasiyası və tanınmama siyasətinin davam etdirilməsidir. Eyni zamanda, rəsmi Tbilisi münaqişələrin yalnız sülh yolu ilə həllinin mümkün olduğu mövqeyinə sadiqliyini bir daha təsdiqləyir.

O qeyd edib ki, bu gün Gürcüstan öz milli maraqlarını qətiyyətlə qoruyur və ölkənin mesajı birmənalıdır:

“Gürcüstan suverenliyini, müstəqilliyini və demokratik inkişaf yolunu heç vaxt güzəştə getməyəcək. Bu, tarixi məsuliyyətdir və dövlətin mövcudluğunun əsasını təşkil edir”, - deyə siyasətçi vurğulayıb.

Kavelaşvili əlavə edib ki, beynəlxalq arenada Gürcüstanın kimliyinin, çoxəsrlik ənənələrinin və dəyərlərinin düzgün və layiqli şəkildə təqdim olunması birbaşa gürcü diplomatlarının üzərinə düşür.

Siyasətçi bəyan edib ki, mövcud çağırışlar və imkanlar fonunda diplomatların rolu xüsusi əhəmiyyət daşıyır.

Daşqın HəsənovMissiya.Az

Избранный
36
missiya.az

1Источники