Göyçayda bədbəxt hadisə olub.

Leqal.info xəbər verir ki, qadın dəm qazından boğularaq ölüb.

Hadisə dekabrın 21- də qeydə alınıb. Belə ki, rayon sakini Mirzəliyeva Lalə İsgəndər qızı evin həyətyanı sahəsində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Leqal.info