RU

Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - FOTO

Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb.

Onun 22 gün həbs müddəti qalıbmış.

Müğənni “Qafqazinfo”ya açıqlamasında dövlət başçısına təşəkkür edib: “Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. Prezident cəzamın çəkilməmiş hissəsini - 22 günü bağışladı, övladlarıma qovuşdum”.

Qeyd edək ki, Dəniz Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, D. Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər - müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Избранный
110
50
operativmm.az

10Источники