RU

Ermənistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib

AzVision.az
erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bəyanatla çıxış edib.

Nikol Paşiyan qeyd edib ki, bu qərar regionun bütün ölkələri üçün yeni imkanlar açır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ticari-iqtisadi əlaqələrin qurulmasına töhfə verir

“Bu, regionda sülh və sabitliyin təmin olunması çərçivəsində ən önəmli nailiyyətlərdən biridir” - Paşinyan deyib.

Paşinyan həmçinin Azərbaycanla münasibətlərdə ticarətin inkişafını, logistik proseslərin təkmilləşməsini və regional iqtisadi dayanıqlılığın möhkəmlənməsini təmin edəcək gələcək konstruktiv dəyişikliklərin vacibliyini qeyd edib. O, iqtisadi prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsi üzərində işləməyin zəruriliyini bildirib.

Bundan əlavə, Ermənistanın Baş naziri xarici ticarətin şaxələndirilməsinə və Aİİ-nin dünya arenasında mövqelərinin güclənməsinə xidmət edən İran, BƏƏ, Çin və Hindistan kimi əsas tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.

Xatırladaq ki, Azərbaycan Ermənistanla bağlı yük tranziti (nəqliyyat) üzərindəki bütün məhdudiyyətləri aradan qaldırıb; bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabr 2025-də, Qazaxıstan Prezidenti Tokayevlə birgə mətbuat konfransında elan edib və sülh dövrünün başladığını bildirib.

AzVision.az

Избранный
24
6
azvision.az

7Источники